Brozoviç rəsmən "Əl-Nəsr"də

Marselo Brozoviç “Əl-Nəsr”ə keçib.

Sportline.az xəbər verir ki, klub daha əvvəl "İnter" də çıxış edən yarımmüdafiəçinin transferini açıqlayıb .

Səudiyyəlilərin 30 yaşlı futbolçu üçün 18 milyon avro ödəyəcəyi bildirilirdi.

Brozoviç 2015-ci ildən "neradzurri"də çıxış edir və komanda ilə 5 kubok qazanıb.