Bu gün Azərbaycan - İtaliya oyunu var
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Azərbaycan yığması ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.