"Bu, milli üçün böyük itkidir"
Almaniya seçməsinin baş məşqçisi Yulian Naqelsman Manuel Noyerin millidən gedişinə münasibət bildirib.
Sportline.az xəbər verir ki, o, təcrübəli qolkiperin gedişini milli komanda üçün böyük itki adlandırıb.
"Manuelin gedişi həm idman, həm də insani anlamda böyük itkidir. O, həmişəki kimi böyük idmançı və əla insan kimi yadda qalacaq. Onun milli komandada yeri görünəcək", - deyə Naqelsman "Bild"ə müsahibəsində fikrini açıqlayıb.
Qeyd edək ki, 2009-cu ildən Almaniya millisis qapısını qoruyan Noyer ötən gün ölkənin əsas komandasındakı karyerasını bitiridiyini bəyan edib.