Buffon dövrü bitir...

Əfsanəvi italiyalı qapıçı Canluici Buffon "Parma"dan ayrılacaq və futbolçu karyerasını başa vuracaq.

Sportline.az xəbər verir ki, Canluici İtaliya Futbol Federasiyasından İtaliya millisinin baş məşqçisi olmaq təklifi alıb. Futbolçu əvvəllər Səudiyyə Ərəbistanı klubundan gələn təklifi rədd etmişdi və ona İtaliyadan da bəzi komandalar müraciət etmişdi.

45 yaşlı qolkiper "Parma"nın yetirməsidir, 18 mövsüm "Yuventus"da keçirib. 2018/2019 mövsümündə o, Fransanın PSJ-də çıxış edib.