Bundesliqa klubunda istefa
“Auqsburq” Enriko Maseni komandanın baş məşqçisi vəzifəsindən azad edib.
Sportline.az xəbər verir ki, bu posta U23 komandasına rəhbərlik edən Tobias Strobl müvəqqəti olaraq təyin edilib.
39 yaşlı Masen 2022-ci ilin yayından "Auqsburq"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Almaniya çempionatının son mövsümündə 15-ci yeri tutub.
2023/24 mövsümündə komanda 7 oyunda 5 xal toplayıb və Bundesliqada 15-ci pillədə qərarlaşıb.