Bunu PSJ-yə keçə bilər
PSJ Yasin Bunu transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, Fransa çempionu Serxio Rikonun səhhətində yaranan problemlərə görə ikinci qapıçı axtarır və artıq “Sevilya”nın qapıçısı ilə danışıqlara başlayıb.
İspaniya komandası maliyyə problemlərinə görə mərakeşli futbolçunu satmaq məcburiyyətində qala bilər. Onun alınması parislilərə 15 milyon avroya başa gələ bilər.
Bunu 2022/23 mövsümündə La Liqada 25 oyuna çıxıb.