"Canavarlar" yeni transferə hazırlaşır

"Vest Hem"in müdafiəçisi Aaron Kressvell başqa kluba keçə bilər.

Sportline.az xəbər verir ki, 33 yaşlı ingilis futbolçu ilə "Vulverhempton"maraqlanır.

Kressvel 2014-cü ildən "Vest Hem"də çıxış edir. Ötən mövsüm müdafiəçi 38 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib.