"Canavarlar"ın yeni hədəfi

"Roma"nın baş direktoru Tiaqo Pinto klubun "Santos"un hücumçusu Markos Leonardoya olan marağından danışıb.

Sportline.az xəbər verir ki, İtaliya klubu Leonardonu transfer etmək niyyətindədir.

"Santos"dan Markos Leonardo bizim hədəfimizdir, ona ehtiyacımız var. Böyük potensiala malik istedadlar var və imkanımız olanda onları kluba cəlb etməyə çalışırıq”, – deyə Pinto bildirib.

20 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə 34 oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 17 milyon avro qiymətləndirir.