Cavid Hüseynov yeni müqavilə imzaladı
Yeni mövsümdə II liqada mübarizə aparacaq "Cəbrayıl" komandası Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cavid Hüseynov 2021-ci ildən "Cəbrayıl"da məşqçi karyerasına başlayıb.
2022/23 mövsümündə Premyer Liqada "Şamaxı"nın baş məşqçisi olub.
2022-ci ildə "Cəbrayıl" ilə Azərbaycan Region Liqasının qalibi olub.