Ceksonun yeni klubu bəlli oldu
"Çelsi"nin futbolçusu Nikolas Cekson karyerasını "Aston Villa"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
25 yaşlı forvard ötən mövsümü "Bavariya"da icarə əsasında keçirib.
Qeyd edək ki, "Çelsi" Cekson üçün 65 milyon avro tələb edir.