Cəlal Hüseynov qol vurdu, "Arda" qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" bu gün növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Bolqarıstan təmsilçisi ölkənin digər klubu "Etar"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Cəlal Hüseynov da bu görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan 20 yaşlı müdafiəçi 21-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, onun yeni klubundakı 1-ci qolu olub.

Qeyd edək ki, C.Hüseynov iyunda "Arda"ya transfer olunub.