"Cenoa'nın qapıçısı "İnter"ə keçə bilər

Yeni mövsümün hazırlıqlarını davam etdirən "İnter" heyətini qapıçı ilə gücləndirmək istəyir.

Sportline.az xəbər verir ki, Neradzurri yaxın günlərdə ispaniyalı qolkiper üçün "Cenoa" klubuna rəsmi təklif göndərəcək.

26 yaşlı oyunçu bu mövsüm çıxış etdiyi 36 oyunda 43 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, təcrübəli qapıçının özü də Milan təmsilçisinə keçməyə müsbət yanaşır.