Cerard Səudiyyə Ərəbistanı klubunda

"Liverpul" və İngiltərə millisinin sabiq ulduzu Stiven Cerard Səudiyyə Ərəbistanında çalışacaq.

Sportline.az The Atletic nəşrinə istinadla xəbər verir ki, o, "Əl-İttihad"ın baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Klub rəsmilərinin Cerardla son danışığının müsbət nəticələndiyi bildirilir.

Qeyd edək ki, Cerard bundan əvvəl "Qlazqo Reyncers" və "Aston Villa" klublarının sükanı arxasında olub.