Cerard ulduzları Ərəbistana aparır
"Əl-İttifaq" klubunun yeni baş məşqçisi Stiven Cerard komandasını avropalı futbolçularla gücləndirmək niyyətindədir.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, ingiltərəli mütəxəssis bu məqsədlə "Liverpul"un kapitanı Cordan Hendersonla
"Çelsi"nin forvardı Pyer-Emerik Obameyanqa dəvət göndərib.
Qeyd edək ki, Stiven Cerardla Cordan Henderson 2011-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub.
Sözügedən futbolçular hələ ki, bu təkliflə bağlı açıqlama verməyə tələsmirlər.