Çaves "Dinamo"da

Yarımmüdafiəçi Luis Çaves "Dinamo"nun (Moskva) futbolçusu olub.

Sportline.az xəbər verir ki, 27 yaşlı meksikalı daha bir mövsüm uzatmaq imkanı ilə 4 illik müqavilə imzalayıb.

Çaves 2019-cu ilin iyulundan "Paçuka"da çıxış edirdi. O, komandasının heyətində 143 oyunda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.