"Çelsi" azarkeşlərinə bəd xəbər

"Çelsi"nin hücumçusu Kristofer Nkunku zədə səbəbindən mövsümün startını buraxacaq.

Sportline.az “The Telegraph”a istinadən xəbər ki, 25 yaşlı futbolçu əvvəllər düşündüyündən daha uzun müddətdir idmandan kənarda qalacaq.

Fransalı futbolçu Dortmund "Borussiya"sı ilə yoldaşlıq oyununda (1:1) zədələnib. O, görüşün 22-ci dəqiqəsində əvəzlənib.

Nkunku "Çelsi"yə iyun ayında 60 milyon avroya "Leyptsiq"dən keçib. Müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.