"Çelsi" futbolçusu ilə vidalaşdı
"Çelsi" müdafiəçisi Sezar Aspilikueta ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, bu haqda London klubunun saytında məlumat yayılıb.
"11 il, 508 oyun və 9 mükafatdan sonra Sezar "Çelsi"ni tərk edir. Qazandığın uğurlara görə səni təbrik edirik! Həmişə klubun əfsanəsi olaraq qalacaqsan", - paylaşımda yazılıb.
Aspilikuetanın yeni komandasının "Atletiko" olacağı bildirilir.