"Çelsi" gələn yay Lukakunu 37 milyon funta satmağa hazırdır
"Çelsi" forvard Romelu Lukakunu satmağa hazır olduqları qiyməti müəyyən edib.
Sportline.az xəbər verir ki, 2024-cü ilin yayında londonlular 30 yaşlı belçikalını 37 milyon funt-sterlinqə transferə buraxacaq. O vaxta qədər Lukaku “Roma”da icarə əsasında çıxış edəcək.
"Çelsi" 2021-ci ildə Lukakunu "İnter"dən komandaya qaytarmaq üçün 100 milyon avro ödəyib. Forvard əvvəllər "mavilər"də - 2011-2014-cü illərdə çıxış edib.
Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün turnirlərdə 8 oyun keçirib və 6 qol vurub.