"Çelsi" "Mançester Siti"yə pul ödəyəcək
"Mançester Siti" "Sauthempton"un yarımmüdafiəçisi Romeo Laviyanın "Çelsi"yə satışından müəyyən faiz alacaq.
Sportline.az xəbər verir ki, “şəhərlilər” 19 yaşlı belçikalının yenidən satışından əldə edilən gəlirin 20 faizini almaq hüququna malikdir. O, ötən yaya qədər “Mançester Siti”də çıxış edib.
Daha əvvəl "Çelsi"nin yarımmüdafiəçinin transferi üçün 58 milyon funt sterlinq ödəyəcəyi bildirilirdi.
Lavia ötən mövsüm "Sauthempton"da 34 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.