"Çelsi" Neymarı istəmir

PSJ-nin hücumçusu Neymar bu yay "Çelsi"yə keçməyəcək.

Sportline.az xəbər verir ki, Neymar braziliyalı baş məşqçi Maurisio Poçettinonun planlarına daxil deyil. Ona görə də futbolçunun London klubuna keçməsi ehtimalı azdır.

Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O vaxtdan bəri o, 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə verib.