"Çelsi" "Roma"nın təklifini rədd etdi
"Roma" "Çelsi"nin hücumçusu Armando Broya ilə maraqlanır.
Sportline.az xəbər verir ki, romalılar 21 yaşlı albanı icarəyə verəcəyini gözləsələr də, "Çelsi" İtaliya klubunun ilk istəyini rədd edib.
Broya "Çelsi"nin yetirməsidir. O, londonluların əsas komandasında 19 oyun keçirib və 1 qol vurub.