"Çelsi" yeni transfer üçün 117 milyondan keçməlidir
"Çelsi" yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Sportline.az The Telegraph nəşrinə istinadla xəbər verir ki, londonlular bu məqsədlə Moyzes Kaysedonun transferinə hazırlaşırlar.
"Brayton" klubu futbolçu üçün 117 milyon avro tələb edir.
"Çelsi"nin Ekvador millisinin üzvünə görə 80 milyon avroluq təklifi geri çevrilib.
Qeyd edək ki, "Arsenal"ın da 21 yaşlı futbolçu üçün 70 milyon avroluq təklifi müsbət cavablandırılmamışdı.