"Çelsi"də şok zədə

"Çelsi"nin yeniyetmə yarımmüdafiəçisi Romeo Lavia məşq zamanı topuğundan aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxa bilər.

Sportline.az xəbər verir ki, müayinədən sonra 19 yaşlı belçikalının ən azı ay yarımı buraxa biləcəyi məlum olub.

Lavia 2023-cü ilin avqustunda 62,1 milyon avroya "Sauthempton"dan "Çelsi"yə keçib. Futbolçu heç vaxt London komandasının heyətində rəsmi oyunlarda çıxış etməyib.