"Çelsi"dən "İnter"ə
Sezar Aspilikueta "İnter"ə keçməyə razılaşıb.
Sportline.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Çelsi"nin kapitanı Milan komandası ilə iki illik müqavilənin şərtlərini razılaşdırıb.
Onun hazırkı klubunun ispaniyalı ilə 2024-cü ilə qədər qüvvədə olan müqaviləyə xitam verməyə razı olacağı gözlənilir.
Aspilikueta 2012/13 mövsümündən "zadəganlar"da çıxış edir.