"Çelsi"dən İsrailə dəstək

İsrail və Fələstin arasındakı müharibəyə "Çelsi" də biganə qalmayıb.

Sportline.az RT-yə istinadla xəbər verir ki, "Çelsi" son vaxtlar İsrailə edilən hücumları qınadığını bildirib.

"İsrailə hücumların səbəb olduğu böyük insan itkisindən son dərəcə kədərlənirik. Biz uzun müddətdir qarşı çıxdığımız antisemitizm dalğası qarşısında həm Londonda, həm də bütün dünyada yəhudi icmasının yanındayıq”, - deyə klub bəyanat yayıb.

Qeyd edək ki, Premyer Liqada 9-cu turun bütün oyunlarının İsrail və Fələstində həlak olanların xatirəsinə görə bir dəqiqəlik sükutla başlanacağı, futbolçuların, məşqçilərin və rəsmilərin qollarına qara sarğı taxacağı dəqiqləşib.