"Çelsi"dən "Nyukasl"a
"Nyukasl" "Çelsi"nin müdafiəçisi Lyuis Hollu icarəyə götürdüyünü açıqlayıb.
Sportline.az xəbər verir ki, 18 yaşlı ingilis 2023/24 mövsümünün sonuna kimi "Nyukasl"da çıxış edəcək. Oyunçu 20 nömrəli formanı seçib.
İcarə müddəti bitdikdən sonra "Nyukasl" futbolçunun müqaviləsini almaq hüququna malik olacaq.
2022/23 mövsümündə Holl "Çelsi"nin heyətində 14 oyuna çıxıb və 1 qol vurub.