"Çelsi"nin futbolçusu mövsümü erkən başa vurub

"Çelsi"nin gənc futbolçusu mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Sportline.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Romeo Lavia zədə üzündən mövsüm sonunadək komandasına kömək edə bilməyəcək. 

Romeo Lavi bu mövsüm "Çelsi" forması ilə cəmi 32 dəqiqə yaşıl meydanlara çıxıb və daha sonra zədəli oldğu üçün komandaya kömək edə bilməyib. 

Qeyd edək ki, Rome Lavia bu mövsüm "Southempton" klubundan "Çelsi"yə transfer olmuşdu.