"Çelsi"nin ulduzu "Fulhem"ə keçir

"Çelsi"nin hücumçusu Kallum Hudson-Odoi tezliklə "Fulhem"ə keçə bilər.

Sportline.az xəbər verir ki, tərəflər futbolçunun transferi ilə bağlı əksər şərtləri razılaşdırıblar.

Forvardın transferi yaxın günlərdə rəsmən açıqlana bilər.

Ötən mövsüm Hudson-Odoi "Bayer Leverkuzen"də icarə əsasında çıxış edib. O, 21 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.