Çempion Raysın ovuna çıxdı
İngiltərə çempionu "Mançester Siti" "Vest Hem"in futbolçusu Deklan Raysı heyətə qatmaq niyyətindədir.
Sportline.az The Athletic nəşrinə istinadla xəbər verir ki, "şəhərlilər" İngiltərə millisinin üzvü uğrunda "Arsenal"la mübarizə aparacaqlar.
"Vest Hem" artıq "Arsenal"ın 105 milyon avroluq təklifini geri çevirib.
Qeyd edək ki, 2022/2023 mövsümündə 37 oyunda forma geyinən 24 yaşlı yarımmüdafiəçi 4 qol və 2 asistlə yadda qalıb.