Çerçesov "Əl-Əhli"ni çalışdıra bilər
Stanislav Çerçesov Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun yeni baş məşqçisi ola bilər.
Sportline.az xəbər verir ki, "Əl-Əhli" 59 yaşlı məşqçi ilə ciddi maraqlanır.
Ciddə komandası ötən mövsümü Səudiyyə Ərəbistanı çempionatının ikinci divizionunda birinci yerdə başa vuraraq, yüksək diviziona yüksəlib.
Bu yay qapıçı Eduard Mendi və hücumçu Roberto Firmino “Əl-Əhli”nin heyətinə qatılıb.