Çerçesovdan polşalı həmkarımıza həyat dərsi

"Legiya"nın baş məşqçisi, tanınmış rusiyalı mütəxəssis Stanislav Çerçesov Polşa mediasının gündəmini zəbt edib. SportLine.az xəbər verir ki, çempionatın son turunda "Qurnik" üzərindəki 2-1 hesablı qələbənin keyfini pozmağa çalışan həmkarımızın istəyi alınmayıb. "Legiya"nın matçın sonluğunda müdafiəyə çəkilməsinə dəfələrlə iradını bildirən jurnalisti bədbinlikdə günahlandıran Çerşesov deyib: “Cavan oğlansan, amma hər şeyi qara rəngdə görürsən. Həyatı pozitiv yaşamaq lazımdır. Sən isə qaraya sürükləyirsən. Son 5 dəqiqədən başqa meydanda 85 dəqiqə də futbol oynanılıb. Belə getsə, evlənə də bilməyəcəksən. Evlisən? Onu göstər mənə. Görüm, kimdir səni bəyənən?”