Çingiz Əlləzov erməni rəqibinə qalib gəldi

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti döyüşünə çıxıb.

Sportline.az xəbər verir ki, o, Taylandın paytaxtı Banqkokda Ermənistan idmançısı Marat Qriqoryanla qarşılaşıb.  5 raundluq mübarizənin sonunda hakimlərin qərarı ilə Ç.Əlləzov qalib elan olunub və "One Championship" təşkilatının kəmərini qoruyub.

Ç.Əlləzov rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.