ÇSKA-dan Braziliya klubuna
Xorxe Karraskal "Atletiko Paranaense"yə keçə bilər.
Sportline.az xəbər verir ki, Braziliya komandası ÇSKA-nın yarımmüdafiəçisini ona olan hüquqların yarısını məcburi olaraq 8 milyon avroya icarəyə götürmək istəyir.
Moskva klubu məlumatı qismən təsdiqləyib.
Karraskal 2021/22 mövsümündən ÇSKA-da çıxış edir.