Çuameni Madriddən Mançesterə köçür?
"Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuameni klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, O.Çuameni transfer qiyməti 70 milyon avrodur.