Joao Kanselo :"Pep Qvardiola yalançıdır"
Joao Kanselo Pep Qvardiolanı tənqid atəşinə tutub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Mançester Siti" klubuna məxsus olan və icarə əsasında "Barselona"da çıxış edən təccrübəli futbolçu açıqlmasında :"Qvardiola mənim haqqımda yalan danışır. Mən komandada heç vaxt intizamsızlıq etməmişəm. Bunu Natan Ake və digər komanda yoldaşlarımdan soruşa bilərsiniz. Əvvəl susurdum. Çünki, "Mançester Siti"nin futbolçusu idim və komandadaxili problemə səbəb olmaq istəmirdim", - deyib.
Qeyd edək ki, Joao Kanselo karyerasını "Barselona"da davam etdirmək istədiyini bildirib.