Con Terri Səudiyyə Ərəbistanında

İngiltərə millisi və "Çelsi"nin sabiq futbolçusu Con Terri Səudiyyə Ərəbistanında çalışacaq.

Sportline.az The Sun nəşrinə istinadla xəbər verir ki, "Əl-Şabab"la onun danışıqları müsbət nəticələnib.

Klub rəhbərliyi 42 yaşlı mütəxəssisin nüfuzundan yararlanaraq heyətə ulduz futbolçular qatmaq niyyətindədir.

Qeyd edək ki, Terri bundan əvvəl "Aston Villa" və "Lester"də köməkçi məşqçi kimi çalışıb. 

Banner