Conatan Deyvid karyerasını Almaniyada davam etdirəcək

“Lill”in kanadalı futbolçusu Conatan Deyvid yanvar ayında klubdan ayrılacaq.

Sportline.az futbol jurnalisti Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, “Bavariya” klubunun rəhbərliyi Deyvid üçün “Lill”ə 45 milyon avro ödəməyə hazırdır.

“Bavariya” klubunun rəsmiləri Conatan Deyvidin meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, C.Deyvidin “Lill” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.