Coşqun Diniyev: "Xalqımızı sevindirmək niyyətindəyik”

“Sabah yaxşı nəticə ilə xalqımızı sevindirmək niyyətindəyik”.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi yığmada oynamağın onun üçün şərəf olduğunu söyləyib: “Öz yığmamızda hər zaman əsas heyətdə yer almaq istəmişəm. Legioner həyatı yaşamaq arzum da məhz bununla bağlıdır. Belçika ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə ümid edirəm”.

Türkiyənin “Ümraniyəspor" klubunda çıxış edən orta sahə oyunçusu iki ölkənin futbolunu müqayisə etmək istəməyib. O, yalnız atletik cəhətdən fərqin olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.