Cüdoçularımız ilk günü medalsız başa vurdular
Bu gün Qazaxıstanın Almatıda şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. SportLine.az xəbər verir ki, yarışın ilk günündə seçməmizin 5 üzvü tatamiyə çıxıb. Təəssüf ki, cüdoçularımızdan heç biri ümidləri doğrultmayıblar.
60 kq-da Sadiq Məhərrəmov birinci görüşündə misirli Əhməd Abelrahmanla bacarmayıb. Vüqar Şirinli yarışa qələbə ilə başlasa da, ardınca qazaxıstanlı Kiliş Yerenkayipova ipponla uduzub.
Eyni aqibəti 66 kq-da İsgəndər Talışinski yaşayıb. Yaponiyalı Yoşiro Maruyama təmsilçimiz üzərində təmiz qələbə qazanıb. Tərlan Kərimov da mübarizəni startda dayandırıdıb.
Qadların yarışında Ayşə Qurbanlı birinci qarşılaşmasında indoneziyalı Kusumavardini Susantiyə ipponla qalib gəlsə də, fransalı Laetitya Payetlə görüşdə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi 3 gün davam edəcək yarışa 14 cüdoçu ilə qatılıb.