Cüneyt Çakır Rusiya futbolunda

Türkiyəli sabiq FİFA referisi Cüneyt Çakır Rusiya Futbol Federasiyasının Hakimlər Komitəsində təmsil olunacaq.

Sportline.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb.

RFS-in Hakimlər Komitəsinin sədri serbiyalı Milorad Majiç təyin olunub.

Onun Çakırla yaxın münasibətləri türkiyəlinin RFS-lə əməkdaşlığına əsas rol oynayıb.

Qeyd edək ki, Çüneyt Çakır karyerasını 2022-ci ildə bitirib.