Cüneyt Çakır Rusiyada fəaliyyət göstərəcək

Sabiq FİFA referisi Cüneyt Çakır Rusiya Futbol İttifaqının ekspert-hakim komissiyasının heyətinə daxil edilib.

Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, Milorad Majiçin rəhbərlik edəcəyi departamentdə onunla yanaşı, FİFA instruktoru Ravşan İrmatov, Nikolay İvanov və Pavel Kamansev də fəaliyyət göstərəck. 

Qeyd edək ki, 2006-cı ildə FİFA referisi adına layiq görülən Cüneyt Çakır 2022-ci ildə karyerasını başa vurub.

O, iki dünya çempionatının oyunlarını və UEFA Çempionlar Liqasının final matçını idarə etməsi ilə məşhurdur.