Dadaşovun komandası mərhələ adladı
İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Qrasshopper” səfərdə “Şaffhauzen”lə qarşılaşıb. Oyunda Renatın komandası 4:0 hesablı darmadağınla növbəti mərhələyə yüksəlib.
Renat da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana çıxıb.
“Şaffhauzen” - “Qrasshopper” - 0:4
Qollar: Florian Hoha, 7, Bredli Fink, 19, 65, Paskal Şxurpf, 88