Daha bir futbolçu Ərəbistan klubunda

Sürətli hücumçu Marko Duqandziç “Əl-Tay”la (Səudiyyə Ərəbistanı) müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı xorvatiyalı ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 2020-ci ilin oktyabrından 2022-ci ilin yanvarına qədər "Soçi"də çıxış edən forvard 24 oyunda 5 qol vurub.

Bu mövsüm Duqandziç 7 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.