Daha bir ölkədə futbol çempionatı başlanır

Futbol üzrə İsveç çempionatında yeni mövsümün start vaxtı məlum olub.

Sportline.az xəbər verir ki, çempionatın iyunun 14-də başlaması planlaşdırılır. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Çempionat rəhbərliyinin əsas və ikinci liqa klublarının təmsilçiləri ilə videokonfrans keçirdiyi və bütün klubların yeni tarixlə razılaşdıqları bildirilib.

Qeyd edək ki, azarkeşlərin oyunları stadiondan izləməsinə icazə veriləcəyi gözlənilir.