Daha bir ulduz Ərəbistan yolunda

"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul Səudiyyə Ərəbistanı çempionatında çıxış etməyə yaxındır.

Sportline.az məşhur jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, onun xidmətində "Əl-Əhli" klubu maraqlıdır.

Tərəflər arasında danaışıqlar aparıldığı bildirilir.

29 yaşlı argentinalı ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 30 oyunda iki qol və 7 məhsuldar ötürmə müəllifi olub.