Daha bir ulduz Ərəbistanda

Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportline.az Ariyadhiah nəşrinə istinadla xəbər verir ki, "Əl-Hilal" "Zenit"in braziliyalı forvardı Malkomu transfer etməyə hazırlaşır.

Klublar arasında ilkin danışıqların uğurla nəticələndiyi bildirilir.

"Zenit" Malkom üçün 50 milyon avro istəyib.

Futbolçunun bu həftə yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Braziliyalı forvard ötən mövsüm 33 oyuna 26 qol və 7 asistlə yadda qalıb.