Daha bir ulduz Səudiyyə Ərəbistanı yolunda
Səudiyyə Ərəbistanı klublarının ulduz ovu davam edir.
Sportline.az xəbər verir ki, "Əl-Əhli" klubu heyəti gücləndirmək niyyəti ilə İtaliyaya üz tutub.
Məşhur idman jurnalist Fabrisio Romanonun yaydığı məlumata görə sözügedən klub "Roma"nın müdafiəçisi Rojer İbanyesin transferi üçün hərəkətə keçib.
24 yaşlı braziliyalının transferi üçün danışıqların başladığı bildirilir.