Daha bir ulduz Səudiyyə Ərəbistanına gedir

Jordan Henderson "Liverpul"dan "Əl-İttifaq"a keçməyə razılaşıb.

Sportline.az xəbər verir ki, "Liverpul"un kapitanı Səudiyyə klubunun təklifini qəbul edib. Tərəflər şəxsi müqavilənin şərtləri ilə bağlı prinsipial olaraq şifahi razılığa gəliblər.

Bu gün Henderson Yurgen Klopp ilə danışıb və məşqçidən klub dəyişdirmək üçün icazə alıb.

O, ötən mövsüm "Liverpul"un heyətində 43 oyuna çıxıb.