Daha bir ulduz Səudiyyə Ərəbistanında

"Latsio"nun yarımmüdafiəçsi Sergey Milinkoviç Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az La Repubblica nəşrinə istinadla xəbər verir ki, o, "Əl-Hilal" klubu ilə anlaşıb.

Anlaşmaya əsasən serbiyalı futbolçu mövsümə 20 milyon avro olmaqla 3 illik müqaviləyə imza atacaq.

"Latsio"nun isə bu transferdə 40 milyon avro qazanacağı bildirilir.