Daha bir ulduz Səudiyyə Ərəbistanında

"Roma"nın müdafiəçisi Rojer İbanyes karyerasını Səudiyyə Ərərbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə "Əl-Əhli" braziliyalı futbolçunun  keçidini rəsmiləşdirib.

Bu transfer sözügedən kluba 10 milyonu bonus olmaqla 35 milyon avroya başa gəlib.

Futbolçu özü isə yeni klubunda 10 milyon avro qazanacaq.